2023-cü ilin 17 may tarixində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Baş Konsulluq tərəfindən 20 may tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan tədbirlə bağlı icma üzvləri və iş adamları ilə online görüş keçirilmişdir.
Cari ilin 17 may tarixində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Baş Konsulluq tərəfindən 20 may tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan tədbirlə bağlı icma üzvləri və iş adamları ilə online görüş keçirilmişdir. Görüş zamanı Tədbirlər Planına uyğun olaraq keçiriləcək konsert programı, Atırau, Aktöbe və Uralsk vilayətlərində keçiriləcək tədbirlər, inşa müsabiqələri, Aktau şəhərində keçiriləcək güləş müsabiqəsi və digər cari məsələlər müzakirə edilmişdir.