2023-cü ilin 26 may tarixində Uralsk şəhərində vilayət Xalq Assambleyası-Dostluq Evində 28 may-Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul keçirilmişdir.
2023-cü ilin 26 may tarixində Uralsk şəhərində vilayət Xalq Assambleyası-Dostluq Evində 28 may-Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul keçirilmişdir. Tədbirdə iştirak edən qonaqlar (300-ə yaxın) ilk öncə foto sərgiyə baxış keçirmiş, sonra elmi seminarda iştirak edərək, konsert proqramına qoşulmuşlar. Konsert proqramı Respublikanın əməkdar artisti Gülüstan Əliyevanın musiqi qrupunun və vilayət Xalq Rəqs qrupunun müşayiəti ilə keçirilmişdir. Qonaqlar arasında Akimliyinin(Qubernatorluğunun), şəhər meriyasının, vilayət və şəhər Məsləhət Şurasının üzvləri, digər yerli icra orqanlarının nümayəndələri, vilayət üzrə fəaliyyət göstərən digər millətlərin icma rəhbərləri, Azərbaycanlı diaspora fəalları və KİV nümayəndələri olmuşdur. Tədbirin sonunda qonaqlar üçün ziyafət təşkil olunmuşdur. Tədbir vilayətin yerli KİV-ləri tərəfindən işıqlandırılmışdır.
https://aqjaiyqtv.kz/kz/news/34075