2023-cü ilin 13 iyun tarixində Ş.Yessenov adına Dövlət Universitetində keçirilmiş yekun ixtisas üzrə tələbələrin - Moldir Atantaevanın “Ələt (Azərbaycan) və Kurık (Qazaxıstan) dəniz limanlarının inteqrasiyası, bu istiqamətdə yük daşımaların və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması” mövzusunda və Güldanə Kanatbayevnın “Diplomatik protokol və onun ikitərəfli münasibətlərə təsiri” mövzusunda diplom işlərinin müdafiəsi mərasimində Baş Konsulluğun başçısı v.i.e. Elçin Məmmədov Attestasiya Komissiyasının sədri qismində iştirak etmişdir.