2023-cü ilin 15 iyun tarixində "Milli Qurtuluş" günü münasibəti ilə Baş Konsulluqda tədbir keçiririlmişdir.
2023-cü ilin 15 iyun tarixində Milli Qurtuluş günü münasibəti ilə Baş Konsulluqda tədbir keçiririlmişdir. Tədbirdə iştirak etmiş qonaqlar arasında Türkiyə Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun kollektivi, Manqistau vilayətinin Xalq Assambleyasının nümayəndələri, Azərbaycanlı gənclər, icma fəalları, tələbələr, KİV nümayəndələri iştirak etmişdir. Tədbirdə Ulu Öndər cənab Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verilərək, Ümummilli Liderin iki ölkə arasında əlaqələrin qurulmasında və inkişafında xüsusi rolu, Qazax xalqına olan rəğbəti barəsində danışılmışdır. Sonra hazırkı dövrdə bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu əlaqələrin onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dinamik şəkildə daha da inkişaf etməsindən və dövlət başçıları arasında qurulmuş sıx təmasların, dostluq və qardaşlıq əlaqələrinin, səmimi münasibətlərin qazax və Azərbaycan xalqları arasında mövcud olan çox əsirlik dostluq, qardaşlıq bağlarının daha da inkişafına böyük töhfə verməsindən bəhs edilmişdir. Tədbirin sonunda qonaqlar tərəfindən foto sərgiyə baxış keçirilmişdir.