2023-08-08

2023-cü ilin 03-07 avqust tarixlərində Aktau şəhərində keçirilən məktəblilər arası Dünya Şahmat Turnirində Baş Konsulluğun heyəti iştirak etmişdir.

2023-cü ilin 03-07 avqust tarixlərində Aktau şəhərində keçirilən məktəblilər arası Dünya Şahmat Turnirində Baş Konsulluğun heyəti iştirak etmişdir. Turnirdə ölkəmizdən iştirak edən gənc şahmatçılar  yarım finala yüksələrək, 4-cü yerdə qərarlaşmışlar. Həmçinin sözügedən turnirdə iştirak edən Qardaş Türkiyə Respublikasının gənc şahmatçıları qələbələr əldə edərək, fəxri kürsünün ən ali pilləsinə yüksəlmiş və qızıl medala layiq görülmüşlər. Qələbə sevinci iki ölkənin Baş Konsulluqlarının əməkdaşlarının və gənc şahmatçılarımızın iştirakı ilə birgə bölüşülmüşdür.

Arxiv üzrə axtarış