2023-12-22

Qazaxıstan Respublikasının Manqistau, Atırau, Aktöbe və Uralsk-Qərbi Qazaxıstan vilayətlərində daimi yaşayan və ya müvəqqəti olan, əmək fəaliyyəti ilə məşğul olan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!


7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.
Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Qazaxıstan Respublikasının Manqistau, Atırau, Aktöbe və Uralsk-Qərbi Qazaxıstan vilayətlərində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğuna müraciət etmələri xahiş olunur.
Telefon: +7292422300
Elektron poçt: aktau@mission.mfa.gov.az
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan, əlaqə nömrəsi barədə məlumat təqdim olunmalıdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaqdır.

Arxiv üzrə axtarış