2023-11-09

2023-cü ilin 9 noyabr tarixində "Zəfər Günü" və 9 noyabr - "Dövlət Bayrağı Günü" münasibəti ilə Yessenov adına Dövlət Universitetində Baş Konsulluğun və Azərbaycan Mərkəzinin dəstəyi ilə Azərbaycanlı tələbələrlə interaktiv görüş keçirilmiş, "Şanlı Zəfər" tarixi barədə mühazirə oxunmuş və bayram tədbiri təşkil edilmişdir

2023-cü ilin 8 noyabr tarixində "Zəfər Günü" və 9 noyabr - "Dövlət Bayrağı Günü" münasibəti ilə Yessenov adına Dövlət Universitetində Baş Konsulluğun və Azərbaycan Mərkəzinin dəstəyi ilə Azərbaycanlı tələbələrlə interaktiv görüş keçirilmiş, "Şanlı Zəfər" tarixi barədə mühazirə oxunmuş və bayram tədbiri təşkil edilmişdir. Tədbirdə Türkiyə Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun heyəti, Azərbaycan icmasının fəalları, iş adamları, Mangistau vilayətinin Veteranlar Şurasının nümayəndələri, sözügedən Universitetin müəllim heyəti iştirak etmişdir. Tədbir, iştirakçıların çıxışı və tələbələrin təqdimatları ilə davam etdirilmişdir.

Arxiv üzrə axtarış