2024-cü ilin 17 yanvar tarixində Baş Konsulluğun və Qazaxıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin birgə təşkilatçılığı ilə Aktau şəhərində Holiday İnn mehmanxanasında “Azərbaycanın turizm imkanları” başlığı altında tədbir keçirilmişdir.
2024-cü ilin 17 yanvar tarixində Baş Konsulluğun və Qazaxıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin birgə təşkilatçılığı ilə Aktau şəhərində Holiday İnn mehmanxanasında “Azərbaycanın turizm imkanları” başlığı altında tədbir keçirilmişdir.Tədbirə ölkəmizdən “Aze Turizm şirkətinin və Naftalan Müalicə-Sağlamlıq Mərkəzinin, eləcə də Naftalan icra hakimiyyətinin nümayəndələri qatılmışlar. Bununla yanaşı, qonaqlar arasında Türkiyə Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun nümayəndələri, Mangistau vilayət Akimliyinin (Qubernatorluğunun) Turizm, Səhiyyə, Sosial təminatlar departamentlərinin rəhbər şəxsləri, Mangistaumunayqaz neft şirkətinin, vilayət Həmkarlar İttifaqının, tanınmış yerli turizm şirkətlərinin nümayəndələri, KİV-lər olmuşdur.“Aze Turizm” şirkətinin və Naftalan Müalicə-Sağlamlıq Mərkəzinin nümayəndələrinin təqdimatında Azərbaycanın turizm imkanları barədə qonaqlara ətraflı məlumat verilmiş və ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərindən, müxtəlif turizm infrastrukturlarından, səyahət marşrutlarından, münasib nəqliyyat xidmətlərindən, bölgələrin turizm potensialından, mədəni - tarixi abidələrdən, ölkəmizin ecazkar mənzərələrindən, eləcə də turistlər üçün yaradılan digər əlverişli xidmətlərdən danışmışlar. Sonra Naftalan şəhərində fəaliyyət göstərən müalicə-sağlamlıq mərkəzlərindən məlumat verilərək, müştərilər üçün göstərilən yüksək xidmətlərdən, müalicə üsullarından, əldə edilən nəticələrdən, eləcə də əlverişli şərtlərlə istirahət imkanlarından bəhs etmişlər.Tədbirdə həmçinin ölkəmizin turizm imkanlarına dair təbliğat xarakterli videoçarxlar nümayiş etdirilmişdir.Sonda qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları və milli suvenirlər, təbliğat materialları təqdim edilmişdir.Tədbir qonaqlar tərəfindən yüksək qiymətləndirilmiş və Baş Konsulluğa, Azərbaycan Ticarət evinə təşəkkür edilmişdir.