Qazaxıstan Respublikasının Manqistau, Atırau, Aktöbe və Qərbi Qazaxıstan vilayətlərində daimi yaşayan və ya müvəqqəti olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində konsulluq dairəsi üzrə - Manqistau, Atırau, Aktöbe və Qərbi Qazaxıstan vilayətlərində daimi yaşayan və ya müvəqqəti olan, əmək fəaliyyəti ilə məşğul olan və təhsil alan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda seçki məntəqəsi yaradılmışdır.
Səsvermə 07 fevral 2024-cü il tarixində səhər saat 08:00-dən axşam saat 19:00-dək Aktau şəhəri 15-ci mikrorayon, Samal 30K/1 ünvanında yerləşən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda keçiriləcəkdir.
Bununla əlaqədar, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu konsulluq dairəsi üzrə - Manqistau, Atırau, Aktöbe və Qərbi Qazaxıstan vilayətlərində daimi yaşayan və ya müvəqqəti olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarını seçkilərdə iştirak etməyə dəvət edir.
Qeyd: Səsvermə zamanı Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportu və ya Azərbaycan Respublikasının etibarlı şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.