2024-02-02

2024-cü ilin 30 yanvar tarixində Azərbaycan Respublikasının Diaspora işləri üzrə Dövlət Komitəsinin dəstəyi və Baş Konsulluğun, Azərbaycan Mərkəzinin birgə təşkilatçılığı ilə Gənclər Günü münasibəti ilə Aktau şəhərində Caspian Riviera mehmanxanasında “Gənclik millətin gələcəyidir” başlığı altında tədbir keçirilmişdir.

Tədbirdə yerli dövlət orqanlarının rəsmi şəxsləri, Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, və İranın Aktaudakı baş konsulları, Qazaxıstan Xalqı Assambleyasının, müxtəlif icmaların nümayəndələri və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.
“Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucovun moderatorluğu ilə aparılan tədbirdə Azərbaycanın Aktaudakı baş konsulu Elçin Məmmədov, Manqestau vilayəti Ağsaqqallar Şurasının sədri Onaybek Abdilov, Magistau ilayəti gənclər siyasəti məsələləri üzrə idarənin rəhbəri Mukaş Oralbay, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Billurə Ələkbərova, TİKA-nın Qafqaz və Mərkəzi Asiya üzrə şöbə müdiri Ali Özgür Öztürk çıxış ediblər. Onlar azərbaycanlı gəncləri bu əlamətdar gün münasibətilə təbrik ediblər və xoş arzularını bildiriblər. Azərbaycanlı gənclərin Qazaxıstanın ictimai-siyasi həyatında fəal iştirakı yüksək qiymətləndirilib.

Arxiv üzrə axtarış