2024-03-21

2024-cü ilin 22 mart tarixində Novruz bayramı münasibəti ilə Aktau şəhərində dənizkənarı bulvarda Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu və Azərbaycan icması tərəfindən "Azərbaycan Yurtası " təşkil olunmuşdur.

, 2024-cü ilin 22 mart tarixində Novruz bayramı münasibəti ilə Aktau şəhərində dənizkənarı bulvarda Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu və Azərbaycan icması  tərəfindən "Azərbaycan Yurtası " təşkil olunmuşdur. Qeyd etmək istərdik ki, Aktau şəhər Akimliyinin təşəbbüsü ilə hər il 14 mart Aday Ata kompleksində keçirilən Amal günü (Yazın Gəlişi və görüş günü) və 22 mart Novruz münasibəti ilə dənizkənarı bulvarda keçirilən bayram tədbirlərində  yerli şəhər sakinləri ilə yanaşı Qazaxıstan Respublikasının digər bölgələrindən nümayəndələrin, ağsaqqalların, elm adamların, rəsmi şəxslərin iştirakı təmin edilərək, təntənəli bayram tədbirləri (konsert proqramları, ziyafətlər, idman yarışları) təşkil edilir və 10 minlərlə insanın həmin bayram tədbirlərində iştirakı müşahidə edilir.  Bu xüsusda, Novruz bayramı münasibəti ilə Aktau şəhərində dənizkənarı bulvarda keçirilən tədbirlər çərçivəsində 2024-cü ilin 22 mart tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu və Azərbaycan icması  tərəfindən təşkil olunmuş  "Azərbaycan Yurtası "  milli musiqilərimiz, rəqslərimiz və təqdim olunan milli mətbəximizin təamları ilə digər guşələrdən fərqlənərək bayram iştirakçılarının, qonaqların, şəhər sakinlərinin böyük əksəriyyətinin Milli Yurtamızın ətrafına toplaşmasına səbəb olmuş və  böyük izdiham yaşanmışdır.Milli Yurtamıza  ali qonaq qismində Manqistau vilayət akimi (qubernatoru) cənab Nurlan Noqayev baş çəkərək, Azərbaycan xalqını bayram münasibəti ilə təbrik etmiş və xalqımızla, ölkəmizlə bağlı xoş sözlər ifadə etmişdir.Öz növbəsində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğun başçısı v.i.e. Elçin Məmmədov və Azərbaycan icmasının rəhbəri - "Dostluq" milli mədəni cəmiyyətini sədri Şəmsəddin Hüseynov vilayət akimi cənab Nurlan Noqayevə tədbirə təşrif buyurduğuna və səmimi təbrikə, xoş sözlərə görə təşəkkürlərini bildirmişlər.Sonra, vilayət və şəhər Admistrasiyasının, Məsləhət Şuralarının, Xalq Assambleyasının, yerli icra qurumlarının nümayəndələri, səhər sakinləri, qonaqlar növbə ilə Azərbaycan Yurtasını ziyarət etmiş və milli ornamentlərlə bəzədilmiş guşəmizi böyük maraqla, rəğbətlə qarşılamışlar. Yurtamızı ziyarət edən qonaqIara Azərbaycan təamları, milli suvenirlər təqdim edilmiş və təşkil olunan bayram tədbiri yerli KİV-lərdə geniş işıqlandırılmışdır.

Arxiv üzrə axtarış