2024-cü ilin 10 may tarixində Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü əlaqədar Baş Konsulluq tərəfindən X.Dosmuxammedov adına Atırau dövlət Universitetində tədbir keçirilmişdir.
2024-cü ilin 10 may tarixində Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü əlaqədar Baş Konsulluq tərəfindən X.Dosmuxammedov adına Atırau dövlət Universitetində tədbir keçirilmişdir. Tədbirdə Atırau vilayət Xalq Assambleyasının üzvləri, Azərbaycan icmasının fəalları, Universitetin müəllim və tələbə heyəti (150-yə yaxın qonaq iştirak etmiş) iştirak etmişdir.Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə ətraflı məlumat verilmiş və Ulu Öndərin dost Qazax xalqına olan rəğbətindən, Qazaxıstanın dövlət başçıları ilə olan sıx dostluq münasibətlərindən və sözügedən siyasi kursun cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, iki tərəfli, çox tərəfli əlaqələrin dinamik şəkildə daha da inkişaf etdiyindən danışılmışdır. Öz növbəsində Universitetin rektoru Salamat İdrisov Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Qazax xalqları arasında tarixi köklərə söykənən əlaqələrin dərinləşməsində əvəzolunmaz xidmətləri barədə ətraflı bəhs edərək, onun zəngin irsinin təbliği istiqamətində 2011-ci ildən ənənəvi olaraq Baş Konsulluqla birgə keçirilən tədbirlərin, görülən işlərin əhəmiyyətindən danışmışdır. Bununla yanaşı, Ulu Öndərin irsinin daha da təbliği istiqamətində tədbirlərin miqyasının genişləndirilməsini vacibliyini vurğulayaraq, bu yöndə birgə işin aparılmasında maraqlı olduqlarını geyd etmiş, eləcə də xüsusi diqqətə və dəstəyə görə Baş Konsulluğa təşəkkürünü bildirmişdir. Bununla yanaşı, həmin universiteti fərqlənmə ilə bitirən və Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliğində iştirak edən 5 (beş) nəfər tələbənin məruzələri dinlənilmiş və onların seçim prosesi barədə məlumat verilərək, fəaliyyətlərinin qiymətləndirməsinə görə təşəkkür edilmişdir.Sonra sözügedən 5 (beş) nəfər tələbəyə Baş Konsulluq adından təşəkkürnamə və mükafat verilmişdir.Həmçinin, təbir zamanı Baş Konsulluq tərəfindən qazax dili tərcümə etdirilmiş xalq yazıçısı Elmira Axundovanın müəllifi olduğu "Zərifə və Heydər Əliyevlər- Əbədiyaşar Məhəbbət" kitabının təqdimat mərasimi keçirilmiş, eləcə də Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli nümayiş etdirilmişdir. Tədbir yerli KİV-də geniş işıqlandırılmışdır.