2024-05-27

2024-cü ilin 27 may tarixində Mangistau vilayətinin yeni təyin olunmuş akimi (qubernatoru) Kilıbay Nurdaulet İqilikoviçlə nəzakət görüşü keçirilmişdir. 

2024-cü ilin 27 may tarixində Mangistau vilayətinin yeni təyin olunmuş (17.05.2022) akimi (qubernatoru) Kilıbay Nurdaulet İqilikoviçlə nəzakət görüşü keçirilmişdir. Görüş zamanı səmimi qəbula görə Nurdaulet İqilikoviçə təşəkkür edilmiş və Mangistau vilayətinə akim (qubernator)  vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edilərək, işlərində uğurlar arzulanmışdır. Sonra iki ölkə arasında yüksək səviyyəli əlaqələr çərçivəsində görülən məhsuldar işlərdən, ticarət dövrüyyəsindən, qarşılıqlı investisiya yatırımı imkanlarından, vilayətdə fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərdən, Orta Dəhliz marşurutu üzrə artan yük daşımalarından, bu istiqamətdə dəniz limanların inteqrasiyasından, ölkələrimiz arasında mövcud olan turizm potensialından, realizə edilə biləcək birgə mədəni, humanitar, sosial tədbirlərdən, yerli qurumlarla yaradılmış sıx əməkdaşlıqldan danışılmışdır.

Arxiv üzrə axtarış