2024-cü ilin 11 may tarixində Atırau vilayətində yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün səyyar konsulluq qəbulu keçirilmişdir.
2024-cü ilin 11 may tarixində Atırau vilayətində yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün səyyar konsulluq qəbulu keçirilmişdir.Görüş zamanı vətəndaşların üzləşdikləri çətinliklər (sonradan müəyyən edilmiş ikili vətəndaşlıq məsələləri, sürücük sorğularının gecikməsinin yaratdığı çətinliklər, kiçik inzibati xətalara görə deportasiya məsələləri və s) dinlənilmiş, onları maraqlandıran çoxsaylı suallar cavablandırılmış və vətəndaş müraciətləri üzrə bir sıra konsulluq xidmətləri göstərilmişdir. Bununla yanaşı, konsulluq xidmətlərində tətbiq olunan yeni qaydalar, online müraciətlər barədə ətraflı məlumat verilmiş və Atırau vilayətində yaşayan vətəndaşlarımıza rəsmiləşdirilmiş ümümvətəndaş pasportu, ölkəyə qayıdış şəhadətnaməsi və müxtəlif arayışlar təqdim edilmişdir.