2024-cü ilin 11 iyun tarixində “15 iyun – Milli Qurtuluş Günü” münasibəti ilə Manqistau vilayətinin Xalq Assambleyasında - Dostluq Evində Baş Konsulluq tərəfindən Azərbaycan Respublikasının əməkdar artisti Aybəniz Həşimovanın və Sənət Akademiyasının üzvlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.
2024-cü ilin 11 iyun tarixində “15 iyun – Milli Qurtuluş Günü” münasibəti ilə Manqistau vilayətinin Xalq Assambleyasında - Dostluq Evində Baş Konsulluq tərəfindən Azərbaycan Respublikasının əməkdar artisti Aybəniz Həşimovanın və Sənət Akademiyasının üzvlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur. Tədbirdə Aktau şəhərində fəaliyyət göstərən diplomatik korpusun, vilayət və şəhər Məsləhət Şuralarının, Xalq Assambleyasının nümayəndələri, yerli ictimai-siyasi xadimlər, KİV nümayəndələri, Azərbaycan icmasının fəalları, gənclər (500-ə yaxın qonaq) iştirak etmişdir. Öncə Baş konsulluğun başçısı v.i.e Elçin Məmmədov və Türk Ağsaqqalları İctimai Birliyinin sədri Sudeif İmamverdiyev tərəfindən tədbir iştirakçılarına Milli Qurtuluş gününün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu barədə məlumat verilərək, müstəqilliyimizin ilk dövrlərində xalqımızın və dövlətimizin qarşılaşdığı böyük çətinliklərdən, ölkədə hökm sürən hərc-mərclikdən, vətəndaş müharibəsindən, torpaqlarımızın 20 faizinin erməni birləşmələri tərəfindən işğal olunmasından, belə ağır dövrdə xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən və sonrakı dövrlərdə dövlətimizin çiçəklənmə dövrünü yaşamasından, ölkəmizdə stabilliyin, təhlükəsizlik mühitinin yaranmasından, bütün sahələrdə aparılan islahatlardan, sosial iqtisadi inkişafdan, dövlətimiz siyasi, iqtisadi, hərbi qüdrəti ilə regionda, beynəlxalq aləmdə söz sahibinə çevrilməsindən, Ulu Öndərin Prezidentliyi dövründə iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasından, dostluq, tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etməsindən, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsindən, dövlətimizin daha da qüdrətlənməsindən, torpalarımızın işğaldan azad olunmasından bəhs edilmiş və Ulu Öndər Heydər Əliyevin xidmətlərinin qədirbilən xalqımızın qəlbində daim “Xalqın Xilaskarı” kimi yaşayacağından, onun əziz xatirəsinin daim yad ediləcəyindən danışılmışdır. Sonra Aybəniz Həşimovanın və Sənət Akademiyasının üzvlərinin ifası ilə xalq mahnıları, milli rəqslərlə konsert proqramı davam etmişdir. Sonda, Tədbirdə iştirak edən Qazaxıstan Respublikası Mərkəzi Xalq Assambleyasının milli, etnik məsələlər üzrə katibi Qalım Nurmaqambetoviç və digər qonaqlar bayram münasibəti ilə xalqımızı təbrik etmiş, eləcə də keçirilmiş tədbirdən, konsert proqramından zövq aldıqlarını bildirərək, xalqımızla, dövlətimizlə bağlı xoş arzularını çatdırmışlar. Tədbir yerli KİV-də geniş işıqlandırılmışdır.