2024-07-24
2024-cü ilin 24 iyul tarixində Aktöbe vilayətinin akimi (qubernatoru) Asxat Şaxarovla nəzakət görüşü keçirilmişdir.
2024-cü ilin 24 iyul tarixində Aktöbe vilayətinin akimi (qubernatoru) Asxat Şaxarovla nəzakət görüşü keçirilmişdir. Görüş zamanı səmimi qəbula görə Asxat Şaxarovla təşəkkür edilmiş və işlərində uğurlar arzulanmışdır. Sonra iki ölkə arasında mövcud olan yüksək səviyyəli əlaqələrdən, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərindən, ticarət dövriyyəsindən, ölkəmizə investisiya yatırımı imkanlarından, mövcud olan turizm potensialından, realizə edilə biləcək birgə mədəni, humanitar, sosial tədbirlərdən, yerli qurumlarla yaradılmış sıx əməkdaşlıqldan danışılmışdır.