2024-11-01
2024-cü ilin 1 noyabr tarixində Aktöbe vilayətinin Polis Departamentinin rəisi cənab Abay Jusupovla geniş tərkibli görüş keçirilmişdir.
2024-cü ilin 1 noyabr tarixində Aktöbe vilayətinin Polis Departamentinin rəisi cənab Abay Jusupovla geniş tərkibli (müavinlərinin, Qərargah rəisinin, Miqrasiya baş idarəsinin, Əməliyyat və İstintaq baş idarələrinin rəislərinin iştirakı ilə) görüş keçirilmişdir. Görüş zamanı konsulluq xidmətlərində qarşılaşılan çətinliklər, həlli yolları ətrafında fikir mübadiləsi aparılmış, eləcə də mövcud sıx əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.