2024-11-08

“Zəfər Günü” və “Dövlət Bayrağı Günü” münasibəti ilə Baş Konsulluq tərəfindən aşağıdakı silsilə tədbirlər keçirilmişdir.

“Zəfər Günü” və “Dövlət Bayrağı Günü” münasibəti ilə Baş Konsulluq tərəfindən aşağıdakı silsilə tədbirlər keçirilmişdir:

2024-cü ilin 7 noyabr tarixində Baş Konsulluğun təşkilatı dəstəyi  və  Azərbaycanlı iş adamı, icma fəalı Məmməd Əfəndiyevin yardımı (sponsorsorluğu)  ilə Aktau şəhərində  Abay konsert zalında ölkəmizdən gələn “Dərviş Band” musiqi qrupunun ifasında konsert proqramı təşkil olunmuşdur. Tədbirdə 500 nəfər qonaq iştirak etmiş və onlar arasında Aktau şəhərində fəaliyyət göstərən Baş Konsulluqların rəhbərləri və əməkdaşları, vilayət Xalq Assambleyasının, şəhər Məslixat Şurasının (deputatlar şurası), yerli dövlət qurumlarının məsul şəxsləri, vilayətdə yaşayan digər xalqların nümayəndələri,  şəhər sakinləri  Azərbaycanlı iş adamları, icma fəalları, tələbələr, KİV nümayəndələri olmuşlar.

2024-cü ilin 8 noyabr tarixində Baş Konsulluğun və Azərbaycan Mərkəzinin dəstəyi ilə Ş.Yessenov adına Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Mərkəzində azərbaycanlı, qazax və digər millətlərin tələbələri, müəllim heyəti üçün mühazirə oxunmuşdur və Zəfər Gününə, Dövlət Bayrağı Gününə həsr olunmuş videoroliklər nümayiş etdirilmişdir.   

2024-cü ilin 9 noyabr tarixində  “Zəfər Günü” və “Dövlət Bayrağı Günü” münasibəti ilə Elburus restoranında bayram tədbiri təşkil olunmuşdur. Tədbirdə 300 nəfər qonaq iştirak etmiş və onlar arasında Aktau şəhərində fəaliyyət göstərən Baş Konsulluqların rəhbərləri və əməkdaşları, vilayət və şəhər akimliyinin (qubernatorluğu və meriyası), vilayət Xalq Assambleyasının, yerli dövlət qurumlarının, vilayətdə yaşayan korey, gürcü, ukrayna, belarus, ləzqi, çeçen, rus, qazax  xalqlarının nümayəndələri,  Azərbaycanlı iş adamları, icma fəalları, tələbələr, olmuşlar. Tədbirdə ilk öncə dövlət himnləri səsləndirilmiş və Mərkəz tərəfindən göndərilmiş videoroliklər, şəkillər nümayiş etdirilmişdir. Tədbirdə iştirak edən vilayət Xalq Nəzarəti-Ağsaqqallar Şurasının sədri, eləcə də Türkiyə, Özbəkistan, İran və Türkmənistanın baş konsulları çıxışlar edərək, Azərbaycan xalqını “Zəfər Günü” və “Dövlət Bayrağı Günü” münasibəti ilə təbrik etmiş və xoş arzularını ifadə etmişlər. Sonra bayram tədbiri ölkəmizdən gələn “Dərviş Band” musiqi qrupunun, yerli müğənnilərin, qruplarının ifaları ilə davam etdirilmişdir.

 

Arxiv üzrə axtarış