2024-11-16

2024-cü ilin 16 noyabr tarixində Aktöbe şəhərində Mərkəzi vilayət Kitabxanasında "Azərbaycan Ədəbiyyatı Guşəsi" nin təntənəli açılış mərasimi keçirilmişdir.

Sözügedən guşədə xalqımızın ictimai-siyasi xadimlərinin, tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığını, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, tolerantlıq ənənələrini, bölgələrini, turizm potensialını əks etdirən kitablar, jurnallar müxtəlif nəşrlər sərgilənmiş və tədbir iştirakçıları üçün ətraflı məlumatlar verilmişdir. Guşənin yaradılmasında verilən dəstəyə xüsusi diqqətə görə Aktöbe vilayət qubernatoru-akimi Asxat Şaxarova, Azərbaycan Milli Elmlər Akademiyasına və AMEA Mərkəzi Elmi Kitabxanasına, eləcə də Aktöbe vilayət kitabxanasının rəhbərliyinə, Azərbaycan icmasına dərin təşəkkürümüzü bildiririk.

Arxiv üzrə axtarış