2024-12-13

Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Baş Konsulluq tərəfindən anım mərasimi keçirilmişdir.

2024-cü ilin 12 dekabr tarixində Aktau şəhərində yerləşən Grand Viktoriya mehmanxanasında Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Tədbirdə Aktau şəhərində fəaliyyət göstərən Türkiyə, İran, Özbəkistan Respublikalarının Baş Konsulluqlarının, Aktau şəhər Məslixat Şurasının (deputatlar Şurası), Xalq Assambleyasının, Azərbaycan və Türk icmasının fəalları, iş adamları, tələbələr (ümumilikdə 90 nəfərə yaxın) iştirak etmişlər.  Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Ulu öndərin Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə ətraflı danışılaraq, 12 dekabr tarixinin müasir Ulu Öndərin həyatla əbədiyyətə qovuşduğu gün olaraq xatırlandığını, Azərbaycan xalqının öz xilaskarını heç zaman unutmadığı, onun xatirəsinin daim ehtiramla yad edildiyini qeyd edilmişdir. Sonra Aktau şəhər Məslixat Şurasının (deputatlar Şurası) sədri Sembiqali Zakenovun, Türkiyə Respublikasının Aktau şəhərindəki baş konsulu Sabri Alptəkinin, Azərbaycan icmasının rəhbəri Şəmsəddin Hüseynovun, Manqistau vilayətindəki Azərbaycan Ağsaqqalları Şurasının üzvü, professor Yusif  Quliyevin, Yessenov adına Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucovun çıxışları ilə tədbir davam etdirilmişdir. Tədbirin ikinci hissəsində Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı film nümayiş etdirilmişdir. Sonra qonalar ehsan süfrəsinə dəvət olunmuşlar. Anım mərasimi yerli KİV-də geniş yayılmışdır. 

Arxiv üzrə axtarış