Baş konsul Ayxan Süleymanlının Türkmənistanın Aktau şəhərindəki baş konsulu Meretdurdı Abdıllaev ilə görüşü.
2025-ci ilin yanvar ayının 10-da baş konsul Ayxan Süleymanlı ilə Türkmənistan Respublikasının Aktau şəhərindəki baş konsulu Meretdurdı Abdıllaev arasında nəzakət görüşü keçirildi.
M.Abdıllaev A.Süleymanlını salamlayaraq onu Azərbaycanın Aktauda baş konsulu vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, işlərində uğurlar arzuladı.
A.Süleymanlı qəbula görə təşəkkür etdi, ölkələrimiz arasında əlaqələrdən, milli kimliyimizdən, oxşar mədəniyyətimizdən və adət-ənənələrimizdən söz açdı.
M.Abdıllaev ölkələrimiz arasında münasibətdən məmnunluq ifadə etdi, əlaqəli fəaliyyət göstərəcəyimizə əminliyini bildirdi.
Görüşdə Azərbaycan-Türkmənistan, Azərbaycan-Qazaxıstan, Türkmənistan-Qazaxıstan arasında ikitərəfli, üçtərəfli formatda regional əlaqələrin inkişafı istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə edildi, bölgədə gedən proseslərə dair fikir mübadiləsi aparıldı.
Görüşün sonunda qarşılıqlı hədiyyə təqdim edildi, xatirə şəkili çəkdirdi və A.Süleymanlı qəbula görə bir daha təşəkkürünü bildirdi.