2025-02-28

Baş konsul Ayxan Süleymanlının İranın Aktau şəhərindəki baş konsulu Qulamreza Haşemi ilə görüşü.

2025-ci ilin yanvar ayının 15-də baş konsul Ayxan Süleymanlı ilə İran İslam Respublikasının Aktau şəhərindəki baş konsulu Qulamreza Haşemi arasında nəzakət görüşü keçirildi.

Q.Haşemi A.Süleymanlını salamlayaraq onu Azərbaycanın Aktauda baş konsulu vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, işlərində uğurlar arzuladı.

A.Süleymanlı qəbula görə təşəkkür etdi, ölkələrimiz arasında əlaqələrdən, oxşar mədəniyyətimizdən və adət-ənənələrimizdən söz açdı, 2005-2010-cu illər Təbrizdə baş konsul vəzifəsində çalışdığını diqqətə çatdırdı və xoş xatirələrini yada saldı. 

Q.Haşemi ölkələrimiz arasında münasibətdən məmnunluq ifadə etdi, əlaqəli fəaliyyət göstərəcəyimizə əminliyini bildirdi.

Görüşdə Azərbaycan-İran, Azərbaycan-Qazaxıstan, İran-Qazaxıstan arasında münasibətlərin hazırkı vəziyyəti müzakirə edildi, regionda gedən proseslərə dair fikir mübadiləsi aparıldı.

Görüşün sonunda baş konsul A.Süleymanlı həmkarına hədiyyə təqdim etdi, xatirə şəkili çəkdirdi və qəbula görə bir daha təşəkkürünü bildirdi.

Arxiv üzrə axtarış