2025-03-05

Təyyarə qəzası ilə bağlı Aktau şəhərindəki baş konsulluqda xatirə kitabı açılmışdır.

 

Dekabrın 26-da Azərbaycanda matəm günü elan olunması ilə bağlı baş konsulluqda dövlət bayrağı yarıya qədər endirilmiş, xatirə kitabı açılmışdır. Manqistau vilayət başçısının müavini Tileqen Abişev, vilayət akiminin müavini Abbat Urisbaev, Aktau şəhərinin meri Abilkair Baypakov, icra hakimiyyətinin idarə rəisi Venera Mustapaeva, Mangistau vilayətinin Xalq Assambleyasının sədri Amangül Abdulgaliyeva, vilayətin baş imamı Anuar Eltanov, vilayətin Xalq Nəzarəti Şurasının sədri Onaybek Abdilov Ş.Yessenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Dövlət Universitetinin rektoru Berik Axmedov, Türkiyənin, Özbəkistanın, İranın Aktaudakı baş konsulları, Türkmənistanın konsulu, Qırğız Respublikasının Astanadakı səfirliyinin ikinci katibi Rustam İssaev, Qırğızıstanın FHN-nin polkovniki Almazbek Asanov və əməkdaşı Azad Botaliev, Qırğızıstanın Miqrasiya xidmətinin idarə rəisi Tilek Osmanov və bir çox yerli rəsmi şəxslər baş konsulluğa gələrək baş sağlığı vermiş, həlak olanlarla bağlı yaradılmış guşəyə gül çiçəklər düzmüş və xatirə kitabına ürək sözlərini yazmışlar. Həmçinin yerli ictimai xadimlər, diaspora və icmaların nümayəndələri, şəhər sakinləri, ümumilikdə altı yüzə yaxın şəxs baş konsulluğa gələrək kədərimizi bölüşmüş və baş sağlığı vermişlər.

Hadisə baş verən gün vilayət rəhbərliyi tərəfindən baş konsulluğun divarı önünə bir neçə masa qoyulmuş, üzərinə gül çələngləri düzülmüş, (yerli əhali də gül dəstələri düzmüş) divara qazax dilində şüarlar yazılmışdır. Ətrafda yaşayan bəzi insanlar təmənnasız ehsan məqsədi ilə müəyyən təamlar bişirib baş konsulluğa göndərmişlər.

 

 

Arxiv üzrə axtarış