2025-03-05

Baş konsulu Ayxan Süleymanlı və baş konsulluğun əməkdaşları Türkiyənin baş konsulluğunu ziyarət etmişlər.

2025-ci ilin yanvar ayının 22-də Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı və baş konsulluğun əməkdaşları Türkiyənin Bolu vilayətində oteldə çıxmış yanğınla əlaqədar Türkiyə Respublikasının Aktau şəhərindəki baş konsulluğunu ziyarət etmişlər.

A.Süleymanlı və baş konsulluğun əməkdaşları Türkiyənin Aktau şəhərindəki baş konsulu cənab Sabri Alptekinə Bolu vilayətinin Kartalkaya səmtində yerləşən “Grand Kartal” otelində çıxan yanğın nəticəsində həlak olanlarla bağlı baş sağlığı vermiş, yaralananlara şəfa diləmişlər.

Arxiv üzrə axtarış