2025-03-20

“Nazarbayev Kimya və Bioloji İstiqamətli İntellektual Məktəb”ində Azərbaycan güşəsi açılmışdır.

Bakı şəhəri Nərimanov rayon ərazisində yerləşən 36 saylı orta məktəblə qardaşlaşmış “Nazarbayev Kimya və Bioloji İstiqamətli İntellektual Məktəb”ində    mart ayının 20-də Azərbaycan guşəsinin açılışı və Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə baş konsul Ayxan Süleymanlı, baş konsulluğun əməkdaşları, Türkiyənin Aktaudakı baş konsulu Sabri Alptekin, məktəbin direktoru Rinat Jumabayev, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Məktəbin şagirdləri tədbir iştirakçılarına Azərbaycan guşəsi ilə bağlı məlumat verdikdən sonra məktəbin direktoru R.Jumabayev Bakı şəhərində yerləşən 36 saylı məktəblə əlaqələrindan, qarşılıqlı səfərlərindən, məktəblər arasında qurulmuş xoş münasibətlərdən danışmışdır.

A.Süleymanlı isə öz növbəsində məktəbdə Azərbaycan guşəsinin yaradılmasına görə direktora təşəkkürünü bildirmiş, məktəbin kollektivinin Novruz bayramını təbrik etmiş və məktəbə ölkəmizlə bağlı kitablar hədiyyə etmişdir.

Sonra tədbir iştirakçıları məktəbin həyətində şagirdlərin kitab oxumağa alışqanlısını artırmaq üçün quraşdırılmış kitab rəfi ilə tanış olmuş, həyətdə milli üslubda quraşdırılmış çadırlara baş çəkərək qazax xalqının qədim xalça sənət əsərləri ilə tanış olmuş, Novruz bayramı ilə əlaqədar şənliyə qatılmış və xatirə şəkili çəkdirmişlər.

Arxiv üzrə axtarış