2025-03-28

Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğu iftar süfrəsi təşkil etdi.

Mart ayının 27-də  Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğu “Grand Hotel Victory”də iftar süfrəsi təşkil etmişdir.

İftar mərasimində Manqistau Vilayət Maslixatının sədri Janbırbay Matayev, vilayətin baş imamı Anuar Elcanov, vilayət Xalq Assambleyasının sədri Amangül Jayılxanova, Türkiyə Respublikasının baş konsulu Sabri Alptekin, İran İslam Respublikasının baş konsulu Qulamreza Haşemi, Özbəkistan Respublikasının baş konsulu Camaləddinhuca Əbdukərimov, Türkmənistan Respublikasının konsulu Meretdurdu Abdıllayev, diplomatik korpusun əməkdaşları, Manqistau televiziyasının rəhbəri Okuov Nurbol, Manqistau medianın direktoru Gülmira Abişeva və Azərbaycan icmasının fəal üzvləri iştirak etdilər.

Mərasimin əvvəlində vilayət imamı müqəddəs qurandan ayələr oxudu. Sonda Azərbaycan Respublikasının baş konsulu Ayxan Süleymanlı qarşıdan gələn müqəddəs ramazan bayramı münasibəti ilə mərasim iştirakçılarını təbrik etdi, Azərbaycan-Qazaxıstan arasında mövcud olan dost, qardaş münasibətdən söz açdı. Vilayət Maslixatının sədri Janbırbay Matayev isə öz çıxışında Aktau şəhərinin bu il türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini, xalqlarımızın eyni din, dil adət-ənənəyə malik olmasını qeyd etdi, tutulan orucların, edilən duaların qəbul olunmasını dilədi.

Arxiv üzrə axtarış