Baş konsul Ayxan Süleymanlı Atırau vilayət Daxili İşlər Departamentinin rəisi, polis general-mayoru Nurxat Urazbayevlə nəzakət görüşü keçirtmişdir.
May ayının 4-8 tarixlərində baş konsul Ayxan Süleymanlı və konsul Mübariz Cəfərov Atırau vilayətində səfərdə olmuşlar. Səfər çərçivəsində baş konsul Ayxan Süleymanlının may ayının 5-də vilayətin Daxili İşlər Departamentinin rəisi, polis general-mayoru Nurxat Urazbayevlə nəzakət görüşü olmuşdur.
Görüş zamanı Azərbaycan və Qazaxıstanın daxili işlər nazirlikləri arasında mövcud olan əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılmış, həmçinin, baş konsulluq ilə Atırau vilayəti Daxili İşlər Departamenti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə edilmişdir.