2025-05-13

Ayxan Süleymanlı may ayının 5-də Atırau şəhərində yerləşən daun sindromu və digər irsi xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulmuş xüsusi məktəbi ziyarət etmişdir.

  

Atırau vilayətinə səfəri çərçivəsində Ayxan Süleymanlı may ayının 5-də  daun sindromu və digər irsi xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulmuş xüsusi məktəbi ziyarət etmişdir. Müəssisənin rəhbəri  Anar Kayupova baş konsulu məktəblə tanış etdikdən sonra təlim-tərbiyə prosesi barədə ətraflı məlumat verdi.

A.Süleymanlı baş konsulluq adından məktəbə uşaqların inkişafına dəstək məqsədilə məktəbin təklifi ilə yazı taxtaları və uşaqların arzuladığı balıq akvariumu hədiyyə etdi.

Uşaqlar tərəfindən hazırlanmış konserti izlədikdən sonra çıxış edən A.Süleymanlı uşaqların həyatı üçün səbir və fədakarlıqla çalışan müəllim və tərbiyəçilərə dərin təşəkkürümü bildirərək onların vicdana, mərhəmətə, eləcə də sevgiyə söykənən fəaliyyətlərinin əslində şərəfli bir missiya olduğunu qeyd etdi.

 

Arxiv üzrə axtarış